Kənd Təsərrüfatı Naziri "A+CO" ASC-də

Blog

24 Fevral 2025-ci il tarixində Kənd təsərrüfatı naziri Məcnun Məmmədov "A+CO" ASC-nin fəaliyyəti ilə tanış olub.

Nazirə müəssisənin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.

Görüşlərdə şərab istehsalının və ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika və müasir texnologiyaların tətbiq edilməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.