Full Lima seriyasına yeni nar dadı əlavə olundu

Blog

A+CO şirkətinin Full markası, meyvə əsaslı qazlı içkilərdən ibarət Lima seriyasını yeni nar aromalı çeşidlə genişləndirib. Yeni məhsul, narın təravətləndirici turşməzə dadını qazlı quruluşla birləşdirərək fərqli zövq axtaranlar üçün təqdim olunub.

Lima seriyası daha öncə qarpız–çiyələk, mango–ananas, qarağat–qara tutbubble gum dadlı çeşidlərlə bazarda uğur qazanıb. Yeni nar dadı isə bu xətti tamamlayaraq portfeli daha da zənginləşdirir.

Full Lima – Nar artıq ölkənin aparıcı satış nöqtələrində və supermarketlərdə əldə edilə bilər.