Brend üzrə kiçik mütəxəssis


Ümumi tələblər:

  • Marketing, Maliyyə,Menecment üzrə ali təhsil;
  • Göstərilən vəzifə üzrə ən azı 1 il iş təcrübəsi.
  • Qida sektorunda (FMCG) iş təcrübəsi mütləqdir.
  • Rus dil bilikləri orta səviyyədə
  • Yaş həddi: 23-30 yaş arası

 

Vəzifəyə dair tələblər:

  • Bazar, rəqib və ümumi marketinq araşdırmasının keçirilməsi, nəticələrə əsaslanaraq təkliflərin hazırlanması;
  • Qiymət araşdırması və qiymət analizinin edilməsi, məhsulların bazar qiymətinin müəyyənləşdirilməsi;
  • Yeni məhsulların yaradılması, məhsul portfelinin optimizasiyası və genişləndirilməsində iştirak edilməsi;
  • Müxtəlif marketinq kommunikasiyaları üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
  • Brendlə bağlı bütün istiqamətlərin (satış, istehsal, satınalma və marketinq) koordinasiya edilməsində iştirak edilməsi

 

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • 5/7 iş qrafiki
  • Əmək haqqı - namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən olunacaqdır.
  • Nahar Şirkət tərəfindən təmin olunur ;
  • 20 yanvar stansiyasından servis xidməti ilə təmin olunur

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə [email protected] mail adresinə Brend üzrə kiçik mütəxəssis yazaraq göndərilməsi xahiş olunur.