İş elanı
“A+CO” ASC şirkəti “Anbardar” (Gəncə şəhəri) vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• Anbar üzrə mövcud mal-materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
• Qaimələr əsasında anbara daxil olan malları yoxlanılmaq;
• Anbarın səmərəliliyin artırılması və sifarişlərin icrasını sürətləndirməyə dair işlər aparmaq;
• Mal-materialların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
• Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
Tələblər:
• Təhsil: Orta ixtisas və ya Ali;
• Anbar sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
• Planlaşdırma, təhlil və idarəetmə bacarığı;
• Analitik düşünmə, tez qərar qəbul etmək bacarığı;
• Komanda ilə işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
• Dil bilikləri: Azərbaycan dili;
• Kompüter bilikləri (əsasən MS Office) yaxşı səviyyədə olmalı.
İş şəraiti:
• İş yeri:Gəncə şəhəri ;
• 5/7 iş qrafiki;
• Əmək haqqı 650 Azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar (Xaçmaz )” yazaraq [email protected] email ünvanına göndərilməsi və ya +99451 250 05 25 nömrəsi ilə saxlamaları xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.