İş elanı


  “A+CO” ASC “Daxili Logistika və Anbar şöbə rəhbəri” vəzifəsi üzrə işçi axtarışı elan edilir.

Vəzifə öhdəlikləri:

• Şirkətin daxili logistika və anbar əməliyyatlarının effektiv şəkildə planlaşdırılması, təşkil olunması və nəzarətdə saxlanılması
• Gündəlik anbar proseslərinin (malların qəbulu, yerləşdirilməsi, saxlanması, yüklənməsi və çıxarılması) düzgün icrasına rəhbərlik etmək
• Anbar ehtiyatlarının vaxtında və dəqiq uçotunun aparılmasını təmin etmək
• Malların dövriyyəsinin izlənməsi və ehtiyat səviyyəsinin optimallaşdırılması
• Daxili daşınmaların və məhsul hərəkətlərinin koordinasiyası
• Logistika və anbar komandalarının işini təşkil etmək, iş bölgüsünü aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək
• Anbar və logistika sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
• ERP/MRP və ya digər logistika proqramlarında işləmək, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
• Tədarük, satış və istehsalat komandaları ilə əlaqəli şəkildə işləyərək proseslərin səmərəliliyini artırmaq
• Aylıq və illik inventar proseslərini təşkil etmək və nəticələrə nəzarət etmək
• Logistika və anbarla bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması üçün tədbirlər görmək

 Tələblər:

• Ali təhsil (Logistika, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə arzuolunandır)
• Logistika və anbar sahəsində ən az 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
• ERP sistemləri (məsələn: 1C, SAP, Logo, Oracle və s.) və ya digər anbar idarəetmə proqramlarında təcrübə
• Anbar və məhsul uçotu, yükləmə/boşaltma, daşınma prosesləri üzrə dərin biliklər
• Komandaya rəhbərlik və proseslərin effektiv təşkil olunması bacarığı
• Məsuliyyətli, dəqiq, təşəbbüskar və analitik düşüncəli olmaq
• Güclü təşkilatçılıq və zamanın idarə olunması bacarığı
• Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel)
• Təhlükəsizlik və əməyin mühafizəsi qaydaları barədə biliklər üstünlükdür
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və/ya ingilis dili bilikləri əlavə üstünlükdür


 İş şəraiti:

• İş yeri Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək
•  Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur; 
         

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Logistika və Anbar şöbə rəhbəri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.