İş elanı


"A+CO” ASC  “Mühasib-operator” vəzifəsi üzrə işçi axtarışı elan edir.    
            Vəzifə öhdəlikləri:
• Uçot məlumatlarını toplamaq, sənədləşməni aparmaq və uçot sisteminə işləmək;
• Lazımi sənədləri baş ofisə göndərmək;
• Kassa uçotunu aparmaq;
• Təhtəlhesab şəxslərlə bağlı əməliyyatların uçotunu aparmaq;
• Yerli struktur rəhbəri və baş ofisə tələb olunan hesabatları təqdim etmək.

Tələblər:

• Ali təhsil (Mühasibat və ya maliyyə sahəsi üzrə);
• Mühasib sahəsi üzrə üzrə minimum 6 aylıq iş təcrübəsi;
• MS Office, Logo və Tiger uçot proqramlarından istifadə etmək bacarığı.
      İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri;
• Əmək haqqı: 800 AZN.
• Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib-operator” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. 
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.