Hüquq üzrə təcrübəçi
“A+CO” ASC “Hüquq üzrə təcrübəçi ” vəzifəsi üzrə işçi axtarışı elan edilir.
Tələblər:
• Hüquq sahəsi üzrə bakalavr dərəcəsi;
• MS Office proqramlarında xüsusilə Exceldə sərbəst işləyə bilməli;
• Dil bilikləri : Azərbaycan dili, xarici dillər əlavə üstünlükdür.
Vəzifə öhdəlikləri:
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar ortaya hüquqi sahələr üzrə yaranan sorğuları cavablandırmaq, habelə digər hüquqi məsələlərin həll edilməsini təmin etmək;
• Məhkəmə, hüquq mühafizə orqanları, icra şöbələri, digər səlahiyyətli qurumlardan daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
• Müqavilə-hüquq sənədlərinin layihələrinin hazırlanmasını, Cəmiyyətə daxil olan bank, investisiya, təchizat və digər müqavilələrin hüquqi ekspertizasınının aparılmasını təşkil etmək;
• Məhkəmə proseslərində, istintaq orqanlarında iştirak, məhkəmə qərarlarınn icrası ilə bağlı icra və probasiya şöbələri ilə sıx işləmə, qərarların icra olunmasına nəzarət etmək;
• Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təmin etmək.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
• Nahar, korporativ nömrə şirkət tərəfindən təmin olunur.
• Servis xidməti mövcuddur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquq üzrə təcrübəçi ” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.