Avtokar sürücüsü
“A+CO” ASC “Avtokar sürücüsü” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• Yükləmə və boşaltma zamanı xammalın və hazır məhsulun təhlükəsizliyini təmin etmək;
• Avtokarın fəaliyyəti zamanı yaranan mexaniki nasazlıqları təyin etmək və aradan qaldırılması üçün təmir üzrə nöqtəyə müraciət etmək;
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək.
Tələblər:
• Təhsil: Orta;
• Sürücülük vəsiqəsi (HT kateqoriyalı) və ya sertifikat;
• İş təcrübəsi: ən azı 1 il;
• Komanda ilə işləmə bacarığı;
• Dəqiqlik və məsuliyyət.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri;
• Nahar və forma şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı 630 AZN;
• İş qrafiki: 6 günlük, 09:00-18:00, 6-cı gün qısa iş günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-ni mövzu yerinə “Avtokar sürücüsü” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur.