Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Qazax rayonu)


A+CO” ASC “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Qazax rayonu)” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

• Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesini izləmək, proseslərin qaydalara uyğun icra edilməsini təmin etmək;
• İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək;
• İstehsal zamanı prosedur və təlimatlara, sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini nəzarət və təmin etmək;
• İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğu yoxlamaq;
• İstehsal edilən məhsulları kimyəvi, fiziki və orqanoleptik parametrlərinə görə yoxlamaq;
• İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqları aşkarlamaq;
• İstehsal zamanı uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə məlumat vermək.

 

 Tələblər: 


• Ali təhsil (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi);
• Keyfiyyətə nəzarət sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
• Microsoft Office proqramından istifadə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili – sərbəst;
• Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
• Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
• Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
• Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.


İş şəraiti:

• İş yeri: Qazax rayonu;
• 6 günlük iş qrafiki.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Qazax rayonu)” yazaraq hr@aplusco.az email ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.