Merçendayzer
”A+CO” ASC “Merçendayzer” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• Təyin olunmuş gündəlik istiqamət üzrə hərəkət etmək;
• Rəflərdə şirkət məhsullarının tələblərə uyğun olaraq düzgün düzülüşünü təmin etmək;
• Malların istehsal tarixlərinə və əmtəə görünüşünə nəzarət etmək;
• Qiymət dəyişikliklərinə nəzarət etmək;
• Daxili nizam-intizam qaydalarına əməl etmək.
Tələblər:
• Merçendayzer vəzifə üzrə və ya satıcı kimi ən azı 1 illik iş təcrübəsi;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Komanda ilə işləmə bacarığı.
İş şəraiti:
• İş qrafiki 6 günlük, iş vaxtı həftə içi 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 13:00-dək, əmək haqqı 650 AZN;
• İş yeri: Pərakəndə ərazilər:
- Qara Qarayev, Neftçilər, Xalqlar dostluğu, Əhmədli, Günəşli
- Sulutəpə, Qobu, Hökməli, Müşfiqabad
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Merçendayzer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.