Baytar
“A+CO” ASC “Baytar” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• İri buynuzlu epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qorumasını təmin etmək;
• Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərini həyata keçirmək;
• Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət etmək;
• Uyğun olmayan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürmək və hesabat hazırlamaq;
• Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin etmək;
• İstehsal üçün kəsilmiş heyvanların uyğun olmasını müəyyənləşdirmək;
• Baytarlıq işlərinin uçot və hesabatını aparmaq və bölmə rəhbərinə hesabat vermək;
• Heyvanlardakı xəstəliklərin və zədələnmələrin diaqnozunu qoymaq və müalicə üsullarını müəyyənləşdirmək;
• İribuynuzlu heyvanların terapevtik və cərrahiyə müalicəsini müəyyənləşdirmək;
• Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmaq;
• Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət etmək və çoxalma proqramının həyata keçirilməsini təşkil etmək;
• Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak etmək;
• Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərini həyata keçirmək;
• Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil etmək.
Tələblər:
• Ali təhsil (Baytarlıq sahəsi üzrə);
• Baytarlıq üzrə ən azı 5 il iş təcrübəsi;
• Komanda ilə işləmək bacarığı, dəqiqlik, məsuliyyətlilik;
• Dil bilikləri: Azərbaycan dili sərbəst.
İş şəraiti:
• İş yeri: Saatlı rayonu;
• Yaşayış yeri ilə təmin edilir;
• Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baytar” yazaraq [email protected] email ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.