Satış təmsilçisi
”A+CO” ASC “Satış təmsilçisi” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• Şirkətə aid məhsulların sifarişlərini qəbul etmək;
• Davamlı olaraq satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək;
• Şirkətin məhsullarını ərazilərdə satışını təşkil etmək və ödənişlərin şirkətə təhvil vermək;
• Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşünü təmin etmək;
• Şirkətə məxsus malların maksimum dərəcədə paylanılmasını təmin etmək;
• Satış təmsilçisi tərəfindən satış nöqtəsinin anbarındakı şirkətə məxsus məhsulların varlığına nəzarət etmək;
• Satış təmsilçisi tərəfindən satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək;
• Birbaşa tabe olduğu Bölgə müdiri tərəfindən tapşırıqları icra etmək;
• Birbaşa tabe olduğu Bölgə müdirinə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat vermək.
Tələblər:
• İş təcrübəsi: Satış sahəsində minimum 1 il;
• Yaş həddi: 25-40;
• Şəxsi avtomobilin olması vacibdir;
• Pərakəndə və Horeca kanalları üzrə təcrübə arzuolunandır.
İş şəraiti:
• İş yeri: Bakı əraziləri;
• 6 günlük iş qrafiki.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış təmsilçisi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.